24 sentyabr 2011 00:08
Elvin Əliyev derbi sonrası döyüldü (VİDEO)
Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turunun “Neftçi” – “Bakı” oyunundan sonra qonaq komandanın futbolçusu Elvin Əliyevi döyüblər. Azerisport.az xəbər verir ki, hər şey qarşılaşmadan 20 dəqiqə sonra baş verib.
Əliyev özü saytımıza açıqlamasında bunları dilə gətirib: “Oyundan sonra mən maşınıma doğru gedirdim. Hansı ki, orda “Neftçi”nin avtobusu da dayanmışdı. Bu vaxt klubun təhlükəsizlik xidmətinin işçiləri mənə yaxınlaşıb, vurdular. Mənim yadıma gəlir ki, oyun vaxtı “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov mənin ünvanıma xoşagəlməz sözlər işlətdi, mən də ona cavab verdim. Görünür, həmin şəxslərə də o tapşırıq verib, məni döydürməyə qərar verib”.
