24 sentyabr 2011 12:09
Vadim Boret: Belə uduzmaq çox üzücüdü
“Bakı”nın müdafiəçisi Vadim Boret Premyer Liqanın 7-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, qarşılaşmadan sonra klubun rəsmi saytına açıqlamasında 0:1 hesablı yenilgi ilə bağlı bunları dilə gətirib:
“Bizim qol vurmaq üçün imkanlarımız var idi. Tirdən qayıdan topumuz oldu, matçın sonlarında qapıçı komandasını real qoldan xilas etdi. Əvəzində son dəqiqələrdə künc zərbəsindən çox əhəmiyyətsiz qol buraxdıq. Belə uduzmaq çox üzücüdü. Amma nə etmək olar. Həyat davam edir. Bu məğlubiyyətdən düzgün nəticələr çıxarmalıyıq ki, növbəti oyunlarda qələbə qazana bilək”.