24 sentyabr 2011 00:12
Bakı və Neftçi rəhbərliyi Əliyevin döyülməsi ilə bağlı görüş keçirdi
Xəbər verdiyimiz kimi, "Neftçi" - "Bakı" oyunundan sonra qonaqların futbolçusu Elvin Əliyev rəqib komandanın mühafizəçiləri tərəfindən döyülüb. Azerisport.az xəbər verir ki, artıq məsələ ilə bağlı "Neftçi"nin bazasında klub prezidenti Sadıq Sadıqov və "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədovla yanaşı hər iki klub rəsmilərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Elvin Əliyevin "Neftçi"nin mühafizəçiləri tərəfindən döyülməsi məsələsi müzakirə olunub. Elvini döyən mühafizəçi də həmin görüşdə iştirak edib və zərərçəkəndən üzr istəyib.
Sadıq Sadıqov baş verən hadisə ilə bağlı "Bakı" klubuna üzrxahlığını bildirib və belə halların bir daha təkrarlanmayacağını vurğulayıb. Klub prezidenti sonda Elvini döyənlərin də cəzalandırılacağını əlavə edib.
