24 sentyabr 2011 00:45
Denis Silva: Qələbə seriyasına başlamağımız çox vacib idi
“Neftçi”nin müdafiəçisi Denis Silva Premyer Liqanın 7-cı turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, oyundakı yeganə qolun müəllifi olan braziyalı futbolçu 1:0 hesablı qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Bu oyun “Qəbələ” ilə matça çox oxşayırdı. Yeganə fərq onda oldu ki, bu dəfə qarşılaşmanın sonlarında qol vura bildik. İki ardıcıl məğlubiyyətdən sonra qələbə seriyasına başlamağımız çox vacib idi. Şadam ki, “Bakı” kimi möhkəm komanda üzərində qələbə qazandıq”.