24 sentyabr 2011 12:25
Aleksandr Səmədov: Azərbaycan yığmasında oynamaq fikrim yox idi
Moskva “Dinamo”sunun əslən azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov Azərbaycan yığmasından imtinasından, Rusiya seçməsinə dəvət almasından danışıb. Azerisport.az xəbər verir ki, o, rusların artıq qorxduğu üçün dəvət göndərməsinə dair fikirlərə belə münasibət bildirib:
“Rusiya Futbol İttifaqı mənim AFFA-nın baş katibi Elxan Məmmədovla görüşümdən qorxuya düşdülər? Əşi boşlayın. Onlar görüşmək arzularını bildirdilər. Söhbətləşdik. Amma hazırkı mərhələdə Azərbaycan yığmasında oynamaq fikrim yox idi. İnanırdım ki, Rusiya yığmasından dəvət alacağam”.