25 sentyabr 2011 14:56

Yuri Fomenko: Bizim Bakıdakı oyunlarımız daha yaxşı alınır

“Kəpəz”in forvardı Yuri Fomenko Premyer Liqanın 7-ci turunun “İnter”lə oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Həm “İnter”, həm də “Kəpəz” cəbhəsi iki xal itirdiklərini iddia edir. Sizcə, bu gün 2 xalı kim itirdi?
- İlk növbədə onu qeyd etmək lazımdı ki, bu gün çox çətin oyun alındı. Nəticə müəyyən mənada qanunauyğun hesab oluna bilər. Təbii ki, qol epizodlarını nəzərə almasaq. Bu mənada biz rəqibdən daha öndəydik. Odu ki, qələbəyə də yaxın olan tərəf biz idik.
 
- “Bakı” üzərindəki sensasion qələbəni (3:0) daha bir paytaxt klubu üzərində qazanmaq istəyirdiniz?
- Bəli. Bunun üçün xeyli şansımız da oldu. Görünür, Bakıda bizim oyunlarımız daha yaxşı alınır.
 
- Bu heç-heçə komandanızı qane etmir?
- Xeyr. Biz ancaq qələbəyə köklənmişdik. Amma heç-heçə də pis nəticə deyil.
 
- Epizodların birində az qala komandanın yarısını keçməyə nail oldunuz...
- Amma sonda qapıya dəqiq zərbə endirmək üçün özüm-özümə mane oldum. Çox üzücü epizod alındı. Əks halda çox gözəl qol alına bilərdi.
 
- “Kəpəz”in ilk altılığa düşmək şanslarını necə qiymətləndirərdiz?
- Bizim əsas hədəfimiz hər oyunda qələbə qazanmaqdı. Baxarıq, sonda necə alınacaq. Hələlik heç də pis getmirik. Biz mübarizəmizi davam etdiririk. Bu mənada növbəti oyunumuz – “Sumqayıt Şəhər”lə qarşılaşma çox vacibdi.
 
- Hansı baxımdan?
- Turnir cədvəlində irəliləmək baxımından. Lider istisna olmaqla digər bütün klublar hamısı bir-birinə yaxındılar. Hər qələbə, hər məğlubiyyət ciddi dəyişikliklərə gətirib çıxarır. Bu üzdən də bizə “Sumqayıt Şəhər”ə qalib gəlmək lazımdı.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.