25 sentyabr 2011 11:28
Denis Silva: Çətin ki, bu şansı buraxaq
“Neftçi”nin müdafiəçisi Denis Silva Premyer Liqanın 7-ci turunun “Bakı” ilə oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablayıb.
- Sizin qolunuza qədər artıq hamı paytaxt derbisinin heç-heçə bitəcəyini düşünürdü...
- Mən matçın yekun nəticəsini müəyyənləşdirməyi sevirəm. Əlbəttə, belə hallar mənim karyeramda çox az olub. Axı mən müdafiəçiyəm. Hər halda vurduğum bu qolu həyat yoldaşıma və qızıma həsr edirəm.
- Bu oyun ötən tur məğlub etdiyiniz “Qəbələ” ilə görüşə çox bənzəyirdi...
- Bu dəfə fərq onda oldu ki, matçın sonlarında fərqlənə bildik. İki ardıcıl məğlubiyyətdən sonra qələbə seriyasına başlamağımız çox vacib idi. Şadam ki, “Bakı” kimi belə möhkəm rəqib üzərində qələbə qazana bildik.
- Demək olar ki, “Neftçi” artıq özünə gəlib?
- Bizdə heç bir problem yox idi. Sadəcə, biz “Xəzər Lənləran” və AZAL-a üzücü şəkildə məğlub olduq. Amma elə o oyunlarda da qələbə qazanmağımız tam mümkün idi. “Bakı” üzərində qələbə bizi yenidən liderlər qrupuna qaytardı. Hansı ki, bizim yerimiz elə üst pillələrdi.

- Amma turnir cədvəlinə “Xəzər Lənkəran” rəhbərlik edir...
- Qoy hələlik liderlik etsin, sonra biz öz yerimizə qayıdarıq. Bu mövsüm ötən ilki uğurumuzu təkrarlamağı düşünürük. Odu ki, bizi bundan sonra “Xəzər Lənkəran”la daha ciddi rəqabət gözləyir. Növbəti turda “Simurq”la oynayacağıq. Öz mövqeyimizi daha da möhkəmləndirmək şansımız var. Çətin ki, bu şansı buraxaq.
- Bu oyunda siz cari mövsümdəki ilk qolunuzu vurdunuz?
- Bəli. Ötən mövsüm də vururdum. Amma bu, mənim daim istədiyim kimi alındı.
- Bəli. Ötən mövsüm də vururdum. Amma bu, mənim daim istədiyim kimi alındı.
- Belə meyl hardandı? Axı siz müdafiəçisiz...
- Buna baxmayaraq, mən qol vurmağı, komandama xeyir verməyi çox xoşlayıram. Amma əlbəttə, mənim əsas istəyim komandamın müdafiə xəttinin, qapısının möhkəmliyini, toxunulmazlığını qorumaqdı. Hər halda gələcəkdə də qollar vurmağa davam edəcəm.