26 sentyabr 2011 13:15
Yeni mövsümün püşkü atıldı (FOTO)
Bu gün AFFA-nın inzibati binasında U-17 Liqanın 2011-2012-ci il mövsümünün püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirin əvvəlində U-17 Liqanın ötən mövsümündə keçirilən oyunlardan hazırlanmış videoçarx nümayiş etdirilib.
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin müdiri Elçin Məmmədov çıxış edərək növbəti mövsümün püşkatması ilə əlaqədar iştirakçı komandaları təbrik edib. Sonra turnirin sponsor olan şirkətin korporativ ünsiyyət və sosial məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə U-17 Liqanın növbəti mövsümdə də uğurla təşkil olunacağına inandığını bildirib.
Püşkün nəticəsinə əsasən, 1-ci turda komandalar aşağıda göstərilmiş qaydada qarşılaşacaqlar:
«İnter» - «Qarabağ»
«Turan» - «Neftçi»
«Rəvan» - «Xəzər Lənkəran»
«Simurq» - «Neftçi İSM»
«Sumqayıt Şəhər» - «Qəbələ»
«Bakı» - «Şahdağ Qusar»
AZAL - «Kəpəz»
