26 sentyabr 2011 13:34

İbrahim Karqbo: Bakıda heç də hər şey göründüyü kimi pis deyil

“Bakı”nın yarımmüdafiəçisi İbrahim Karqbo Premyer Liqanın 7-ci turunun “Neftçi” ilə oyunundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Derbidən məğlub ayrıldınız...
- Son dəqiqələrdə qol buraxmaq çox üzücüdü. Düşünmürəm ki, biz məğlubiyyətə layiq idik. Bu görüşdə ən azı heç-heçə etməliydik. Ələ düşən qol vəziyyətlərindən yararlansaydıq, 3 xal bizim olacaqdı.

- Bəs buna nə mane oldu?
- Gözəl zəmin var idi. Rəqib hücumlarının qarşısını yaxşı alırdıq. Yaxşı anlaşırdıq. Yeganə çatışmazlıq qol vura bilməməyimiz oldu.
 
- Mümkündü ki, Parksla Verpakovski effektli ola bilmir?
- Mən bununla razı deyiləm. Onların çox böyük təcrübəsi var. Günahkar hamımızıq. Penaltilərdən yararlansaydıq, indi daha çox xalımız var idi.
 
- Bəs niyə vura bilmirsiz?
- Hələ ki, bəxtimiz gətirmir.

- “Neftçi” qazandığı qələbə sayəsində sizi ikinci pillədən də sıxışdırmış oldu...
- Ümid edirəm ki, bu, müvəqqətidi. Əminəm ki, bu mövsüm ötən ilki ilə müqayisədə daha yaxşı alınacaq. Biz daha yaxşı çıxış etməyə borcluyuq.
 
- Deməli, oyununuzdan razısız?
- Mən hesab etmirəm ki, bizdə hansısa ciddi problemlər var. “Bakı”da heç də hər şey göründüyü kimi pis deyil. Bizə sadəcə bir qədər vaxt lazımdı ki, oyunumuzu daha da yaxşılaşdıraq. Heyətimiz də yaxşıdı. Qalır sadəcə, hücumlarda daha aqressiv oynamağımız.
 
- 21 mümkün xaldan 11-ni qazana bilmisiz. Demək olar ki, yarısını itirmisiz?
- Prinsipcə, “Xəzər Lənkəran”dan başqa hamı üçün start uğursuz sayıla bilər. Hamı xal itirir. Odu ki, biz heç nə itirməmişik.
 
- Növbəti turda sizi AZAL-la daha bir paytaxt derbisi gözləyir...
- Ciddi rəqibdi. Amma ötən mövsümdəkindən fərqli, bu il sabit oyun sərgiləyə bilmir. Biz bu oyunda mütləq qələbə qazanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.