26 sentyabr 2011 13:45
Araz Neftçi ilə sülh bağladı
Futzal üzrə ölkə çempionatının yüksək liqasında 3-cü, birinc liqada isə 1-ci turun oyunları keçirilib. Azerisport.az hər iki turnirdə qeydə alınan nəticələrlə sizi də tanış edir.
Yüksək liqada “Neftçi” – “Araz” dueli daha maraqla gözlənilirdi. Bu görüşdə hərəyə dörd qol vuran tərəflər 1 xalla kifayətlənblər. “Ekol” isə “Azecolab”ı darmadağın edib. “Qarabağ veteranları” PSL üzərində çətin qələbəyə sevinib. “Qala” isə “Rəvan”ı məğlub etməyi bacarıb.
Bütün nəticələrlə aşağıda tanış ola bilərsiz:
Yüksək liqa
PSL - Qarabağ veteranları 4:5
Ekol - Azecolab 22:2
Neftçi - Araz 4:4
Qala - Rəvan 9:5
Birinci liqa
Baku Fans - Neftçi 7:4
NTD - Euro ABM 9:3
Baku Siti - Spartak 5:0
Sabirabad - Kəpəz 4:11
Admiral - Baku Fire 4:1
Optima - Ultra Azəri 6:1
Xəzri-Azpetrol - Şamaxı 16:4
