26 sentyabr 2011 01:36

Georgi Adamiya: Qarabağ çoxdan çempion olmalıydı

“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya Premyer Liqanın 7-ci turunun AZAL-la oyunundan (3:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Oyuna erkən qol buraxmaqla başladınız. Belə başlanğıcı gözləyirdiz?
- Həqiqətən də gözlənilməz start oldu. AZAL erkən qol vurmağı bacardı. Amma bundan sonra biz daha da fəallaşdıq. Hətta məğlub duruma düşəndən sonra da ancaq qələbə barədə düşünürdük. Hesab edirəm ki, “Qarabağ”ın qələbəsi tam qanunauyğun idi. Bu qələbə ilə bir daha göstərdk ki, komandada yaxşı motivasiya var. Uşaqlar gözəl başa düşürdülər ki, uğursuz oyunlar seriyasına bu dəfə son qoymaq lazımdı. Nəticədə də buna nail olduq.
 
- Yəqin ki, bu yolda avtoqol müəllifi olan futbolçu sizə daha çox kömək etdi?
- Hətta o qol olmasaydı da, biz qələbə qazanacaqdız. Amma həmin qolda da rəqib futbolçunu səhv buraxmağa biz məcbur etdik. Çünki buraxılan qoldan sonra rəqibi sıxışdırmışdıq. Biz daha çox hücum edirdik, qol vəziyyətləri yaradırdıq, hesabı tez bərabərləşdirmək istəyirdik. Nəticədə AZAL öz qapısına qol vurmalı oldu, bizə isə buna daha iki top əlavə etmək qaldı.

- Sonrakı iki qolu siz vursaz da, sona 10 dəqiqə qalmış komandanızı azlıqda qoymağınız az qala sizə baha başa gələcəkdi...
- Mən düşünmürdüm ki, ikinci sarı vərəqə ala bilərəm. Orda adi oyun epizodu idi. Sadəcə, oyunu davam etdirmək olardı. Mən belə qərarı gözləmirdim. Mən həmin epizodda simulyasiyaya əl atmamışdım.
 
- Amma növbəti turun oyununu buraxacağınız dəqiqdi...
- Təbii ki, “Turan”la oyunda komandama kömək edə bilməyəcəyim üçün çox məyusam. Amma hesab edirəm ki, “Qarabağ”da mənim yoxluğumu hiss etdirməyəcək oyunçular da var. Əsas odu ki, oyuna yaxşı köklənə bilək. Artıq qara zolaqdan çıxmışıq, özümüzə gəlmişik. Uğurun davamını gətirmək lazımdı.

- Son oyunların bəzilərində fanatlar Qurban Qurbanovu istefaya səsləyiblər. Buna futbolçuların münasibəti necədi?
- Bu, bəzi adamların fikridi. Bizim əsas fanatlarımız həmişə komandanı dəstəkləyirlər. Mən belə sözlərə fikir vermirəm. Qurbanov “Qarabağ” üçün çox iş görüb. O, daim bizimlədi və əminik ki, qarşıda bizi uğurlar gözləyir.
 
- Amma mövsümə heç də uğurlu başlamamısız...
- Yadınızdadırsa, ötən mövsüm də belə olmuşdu. Biz artıq hər dəfə mövsümə belə başlayırıq. Ötən mövsüm daha pis vəziyyətdə idik. Bu il hələ bir qədər yaxşıyıq. Düzdü, çempionata hazırlıq üçün çox vaxtımız olmadı. Biz hələ yenicə özümüzə gəlməyə başlayırıq.
 
- Oyundaşlarınız çempionluğa oynadıqlarını deyirdilər. Hədəf dəyişməyib?
- Xeyr, dəyişməyib. “Qarabağ” çempionluğa oynayır. Biz bu mövsümü mümkün qədər yaxşı başa vurmaq üçün hər şeyi edəcəyk. Amma çempionat hələ yeni başlayıb. Odu ki, nəticədən danışmaq bir qədər düz çıxmadzdı. “Qarabağ” çoxdan çempion olmalıydı. Bizim gücümüz birlikdədi. Daim komanda oyunu sərgiləyirik. Mövsümün sonunda nəyə nail olacağımızı görəcəksiz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.