26 sentyabr 2011 14:02
Qurbanov subaylığın daşını atdı
“Qarabağ” ailəsi xoş günlərindən birini qeyd edib. Azerisport.az xəbər verir ki, artıq 1 ilə yaxındı Ağdam klubunun sıralarında top qovan İlqar Qurbanov ailə həyatı qurub.
“Qarabağ” ailəsinin də iştirak etdiyi mərasimlə 25 yaşlı yarımmüdafiəçi subaylığa əlvida deyib. Ağdam klubu İlqarın yeni qurduğu yuvasına xoşbəxtlik, ruzi-bərəkət, xeyirli övladlar diləyib.
Allah xoşbəxt eləsin...
