26 sentyabr 2011 14:24
Poşkus yenidən Litva yığmasında
"Simurq"un iki oyunçusu öz ölkələrinin milli yığma komandasından dəvət alıblar. Azerisport.az xəbər verir ki, söhbət Zaqatala klubunun hücumçusu Robertas Poşkus və yarımmüdafiəçi Andrey Rubindən gedir.
Poşkus, Litva millisinin Çexiya yığmasına qarşı (11 oktyabr) oyununa dəvət alıb. Andrey Rubin isə Malta (7 oktyabr) və Xorvatiya (11 oktyabr) yığmalarına qarşı öz ölkəsinin formasını geyinə bilər.
Xatırladaq ki, Poşkus 1999-cu ildən Litva millisinin formasını geyinir. Rubin isə Latviya yığmasının heyətində 115 oyuna 10 qol vurub.
