26 sentyabr 2011 14:30

Flavinyo: Belə getsə, Azərbaycanı tərk edəcəm (VIDEO)

Xəbər verdiyimiz kimi, "Neftçi"nin yarımmüdafiəçisi Flavinyo Premyer Liqanın 7-ci turunun "Bakı" ilə oyununda zədələnib. Azerisport.az xəbər verir ki, tibbi müayinədən sonra braziliyalı futbolçunun bir müddət yaşıl meydançalardan kənarda qalacağı müəyyənləşib.
 
Ona zədə yetirən oyunçu isə rəqib komandanın üzvü Novruz Məmmədovdu. Bu həmin futbolçudu ki, ötən mövsüm "Muğan" klubunun heyətində Flavinyoya qarşı kobud oynayaraq, onun ayağını sındırmışdı.
 
Braziliyalı futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib: "Bu cür oynamaq olmaz! Belə olan halda Azərbaycana səviyyəli legioner də gəlməz. Bu tip kobudluqlara hakimlər də göz yummamalıdı. Çünki kobudluq edən futbolçular cəzalandırılsa, belə halların da qarşısı alınar. "Bakı" ilə oyundan sonra bildim ki, məni zədələyən ötən mövsüm də ayağımı sındırmış futbolçudu. Maraqlıdı, amma təsadüf bir dəfə olur, iki dəfə yox. Allaha dua edirəm ki, bu dəfə ayağım sınmadı. Azərbaycanı çox sevirəm, maraqlı futbol çempionatı gedir. Ancaq bu cür hallar davam etsə, Azərbaycanı tərk etmək məcburiyyətində qalacağam".
 
Novruz Məmmədovun Flavinyoya qarşı kobud oynadığı epizodu təqdim edirik:
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.