26 sentyabr 2011 15:23

Robertas Poşkus: Neftçiyə qarşı oynamaq asandı

“Simurq”un forvardı Robertas Poşkus Premyer Liqanın qarşıdan gələn “Neftçi” ilə oyunu öncəs azerisport.az saytının suallarını cavablandırıb, komandasının çıxışını dəyərləndirib:

- “Simurq” son oyunlarda çox yaxşı təsir bağışlayır...
- Bu, bizi çox sevindirir. Öncə çox yaxşı oyunla “Kəpəz”i (4:2) məğlub etdik. Son turda isə çox yaxşı oyun sərgiləməsək də, “Sumqayıt Şəhər”i minimal hesabla yenə bildik. Amma yaxşı oynayıb uduzmaqdansa, elə pis oyunla qalib gəlmək yaxşıdı.
 
- Yeri gəlmişkən, bu oyunların hər ikisində siz qol vurmusuz...
- Qol vurmaq həmişə xoşdu. Komanda olaraq artırırıq. Fikrimcə, gələcəkdə daha yaxşı olacaq. Öz üzərimdə işləyirəm və istəyirəm ki, daha yaxşı forma toplayıb. Odu ki, məndən yenə qollar gözləyin.
 
- Belə görünür ki, bu iki qolla artıq Litva yığmasının baş məşqçisinin də diqqətini çəkə bilmisiz...
- Təkcə mən yox, komanda yoldaşım Andrey Rubin də Latviya yığmasına çağırılıb. Çox xoş bir faktdı. İndi Zaqatala klubunun yerli oyunçularının da Azərbaycan millisinə dəvət almasını istəyirəm.
 
- Orda belə potensiallı gənclər var?
- Bəli. Sadəcə, onlara daha çox işləmək lazımdı. Kömək edəcəyik.
 
- Növbəti turda sizi “Neftçi” ilə oyun gözləyir. Bu oyunda da qol vurmağı planlaşdırırsız?
- Çalışacağam. “Neftçi” kimi komandalarla oynamaq asandı. Onlar digər komandalar kimi tam heyətlə müdafiə olunmurlar. Futbol oynayırlar. Psixoloji cəhətdən biz indi yüksəlişdəyik. Odu ki, bu oyuna da yaxşı hazırlaşırıq.
 
- “Neftçi” ilə oyunda da siz müdafiə olunacaqsız?
- Xeyr. Evdə oynayacağıq. Bu üzdən də 3 xal qazanmağa çalışacağıq.
 
- Hazırkı “Simurq” buna qadirdi?
- Tamamilə. Yaxşı komandamız var və “Neftçi”yə qarşı layiqli mübarizə aparacaq gücdəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.