26 sentyabr 2011 15:53
Sumqayıt Şəhər Əlincə üzərində qələbəyə sevindi
Ölkə çempionatı çərçivəsindəki son qarşılaşmada “Simurq”la 2:2 hesablı heç-heçə edən “Sumqayıt Şəhər”in əvəzediciləri bu gün yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Vaqif Paşayev yetirmələrini “Əlincə” klubu ilə sınaq matçında yoxlayıb.
Paşayevin komandası bu görüşdə 4:2 hesabı ilə qələbə qazanıb. Sumqayıt komandasında qolları Vurğun Həsənzadə (2 qol), Sərxan Abaslı və German Zeynalov vurub.
