26 sentyabr 2011 16:27
Yığma komandalarımızın heyətində dəyişiklik edildi
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olunub. Azerisport.az xəbər verir ki, “Sumqayıt Şəhər” klubunun üzvü Orxan Əliyev bu komandamızın heyətindən çıxarılıb.
Buna isə Əliyevin 17 yaşadək futbolçulardan ibarət komandamızın heyətinə cəlb olunması səbəb olub. Qeyd edək ki, hər iki yığmamızı qarşıda Avropa çempionatının seçmə mərhələ oyunları gözləyir.
