26 sentyabr 2011 17:28
AZAL iki oyunçusunu əvəzedici heyətə göndərdi
Premyer Liqanın 7-ci turunda doğma meydanda “Qarabağ”a 1:3 hesabıyla məğlub olan AZAL iki futbolçusunu əvəzedici komandaya göndərib. Azerisport.az xəbər verir ki, bunlar bolqar Robert Petrov və serbiyalı Branislav Arsenyeviçdi.
Qeyd edək ki, hələ sözügedən oyundan sonrakı mətbuat konfransında baş məşqçi Elxan Abdullayev bəzi müdafiəçilərinin çox aşağı səviyyədə oynadığını və onlardan narazılığını bildirmişdi. Görünür həmin futbolçular da məhz əvəzedici komandaya göndərilənlərdi.
Hələlik Petrovla Arsenyeviçin əsas komandadan nə qədər uzaq qalacağı bilinmir. Amma onların qarşıdakı turun “Bakı” ilə oyununu buraxacağı dəqiqdi.
