26 sentyabr 2011 17:37
AFFA rəhbərliyi milli üzvləri ilə görüşdü (FOTO)
Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb. Azerisport.az xəbər verir ki, baş katib Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmamızın üvzlərinə AFFA rəhbərliyi adından uğurlar arzulayıb.
Baş məşqçi Vəli Qasımov və yığmanın bir neçə üzvü komandaya yaradılan yüksək səviyyəli şəraitlə bağlı AFFA rəhbərliyinə minnətdarlığını bildiriblər.
Xatırladaq ki, U-19 oktyabrın 6-dan 11-dək İsveçdə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək. Yığmamız III qrupda İtaliya, Rumıniya və İsveç komandası ilə mübarizə aparacaq.
