26 sentyabr 2011 18:09
Vaqif Cavadov: Bu iki oyun yığmamız üçün çox şeyi dəyişə bilər
Futbol üzrə yığma komandamızın və Rusiyanın “Volqa” klubunun hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində qonşu ölkənin Premyer Liqasındakı çıxışından və Azərbaycan millisindən danışıb.
- Moskva “Spartak”ı ilə kubok oyununda sensasion qələbə qazandınız. Bu oyunla bağlı fikirləriniz maraqlıdı...
- “Spartak”la oyunumuz çox ağır alındı. Biz qələbə qazanmaq istəyirdik. Erkən qol buraxsaq da, hücumlarımızı davam etdirirdik. Komandamız çox yaxşı oyun sərgilədi. İkinci hissədə cavab qolunu vurduq. Ondan sonra hücumlarımız daha da gücləndi. Amma sonda qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəldi. Demək olar ki, uğur bizim üzümüzə güldü. Biz növbəti mərhələyə çıxmağa layiq idik. “Spartak”ı hələ oyun vaxtı məğlub edə bilərdik. Çox yaxşı qol vəziyyətlərini qaçırdıq. Penaltilərdən öncə baş məşqçimiz mənə yaxınlaşdı və soruşdu ki, vura bilərsən? Mən də müsbət cavab verdim. Şadam ki, belə də oldu. Amma əsas komandamın uğuruydu.
- Penaltilərdən söz düşmüşkən, keçmiş klubunuz - “Bakı” bu mövsüm artıq neçənci oyundu ki, penaltidən yararlana bilmir...
- Azərbaycan çempionatını izləyirəm. Bilirəm ki, “Bakı” 5-6 penaltini reallaşdıra bilməyib. Buna görə təəssüflənirəm. Mən özüm də təəccüblənirəm ki, elə səviyyəli futbolçular penaltini necə qaçırırlar.
- “Spartak”la oyunda çox inamlı görünürdüz. Əvvəlki formanızı yığa bilmisiz?
- Bir müddət zədə ilə bağlı problemim oldu. Başa düşmək lazımdı ki, futbolçu zədələnəndə bu, onun oyununa istər istəməz təsir edir. İnanın ki, yığmada hətta zədəli oynayırdım. Amma oynamaq mənim işimdi. Hər halda oyundan-oyuna artırmağa çalışıram. Öz çıxışımı şərh etməyəcəm.
- Son turun CSKA ilə oyununu buraxmağınıza nə səbəb oldu?
- Ayağımı bir qədər əzmişdim, buna görə oyunu buraxmalı oldum. Axı ondan öncə süni örtüklü meydançada oynamışdıq. Amma başqa heç bir problem yoxdu. İnanıram ki, növbəti oyunlarda məni meydanda görə biləcəksiz.

- Bu günlərdə Aleksandr Səmədov Rusiya yığmasına çağırıldı. Onun yığmamızdan imtinası barədə sizin fikirləriniz necədi?
- Səmədov kifayət qədər təcrübəli futbolçudu. Mən də istərdim ki, o, yığmamızın şərəfini qorusun. Səmədov heyətimizi gücləndirə bilərdi. Amma o, öz qərarını verdi və buna hörmətlə yanaşmağımız lazımdı. Rusiya yığması güclü komandadı. Buna görə də onun qərarını başa düşmək olar. Ona uğurlar arzulayıram. Hər halda Səmədov çoxdan deyirdi ki, Rusiya yığmasında çıxış edmək istəyir. Buna görə də, düşünürəm ki, onu yığmamıza çağırmaq lazım deyildi.

- Qarşıda millimizi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya və Türkiyə ilə oyunlar gözləyir. Bəs siz bu oyunlardan nə gözləyirsiz?
- Avstriya ilə oyunda mümkün qədər yaxşı oynamağa borcluyuq. Belçika və Qazaxıstana qarşı keçirdiyimiz uğurlu oyunlardan sonra komandamızda və azarkeşlərdə böyük inam yaranıb. Qarşıdakı ev oyununda biz qələbə haqda düşünə bilərik. Xal ehtiyatımızı artırmağı çox istərdim. Azərbaycan Avstriya ilə oyunda öz gücünü göstərə bilər.

- Bəs Türkiyə ilə oyunda?
- Bakıdakı məğlubiyyətdən sonra onlar revanş almaq istəyirlər. Aydındı ki, Türkiyə Azərbaycanla oyuna xüsusi köklənəcək. Amma biz ora uğurlu nəticə üçün yollanacağıq. Hesab edirəm ki, bu iki oyun yığmamız üçün çox şeyi dəyişə bilər. Bütün futbolçular bu görüşlərin əhəmiyyətini anlayır. Tsikli mümkün qədər yaxşı bitirmək istəyirik. İnanıram ki, azarkeşlərimizin dəstəyi sayəsində biz bunu bacaracağıq.