29 sentyabr 2011 01:37
Barcelona BATE-yə səfərdə futbol dərsi keçdi (YENİLƏNİB)
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin oyunları yenə ənənəvi olaraq iki günə bölüşdürülüb.
İkinci turun ilk oyunu Moskvada keçirilib və "Lille" ilə səfər qarşılaşmasından bir xalla dönən ÇSKA ötən tur "Trabzonspor"a yenilən "İnter"i qəbul edib. Yeni baş məşqçisinə qovuşan "İnter" səfər oyununda üç xala sevinib. İlk turda gözlənilmədən Milanda "İnter"i yenən "Trabzonspor" isə bu dəfə doğma meydanda oynayıb və Qara dəniz təmsilçisi "Avni Aker"də Fransa çempionunu qəbul edib. Hamı bu oyunda qonaqları favorit hesab edirdi. Gözlənildiyi kimi ilk qol fransızlardan gəlib. 31-ci dəqiqədə Mussa Sou fərqlənib. Lakin 75-ci dəqiqədə penaltini qola çevirən Qustavo Kolman "Trabzonspor"un liderliyini qoruyub.
İlk turda xal itirən "Manchester City" "Villarreal"ı yenmiş "Bayern"in qonağı olub. Bu oyunda ingilislərin xal qazanacağı gözlənilsə də, "Bayern" buna imkan verməyib. Mario Qomesin ilk yarıdakı dublu Münhen təmsilçisinə qələbə qazandırıb. Qrupun digər oyununda "Napoli" "Villarreal"ı qəbul edib. İtaliya təmsilçisi ilk 17 dəqiqədə vurulan 2 qolla 3 xalı aktvinə yazıb.
Ötən tur "Manchester United"lə evdə heç-heçə oynayan "Benfica" "Basel"ə yenilmiş "Otelul"un qonağı olub. Portuqaliyalılar Bruno Sezarın tək qolu ilə qələbəni bayram edib. "Qırmızı şeytanlar” isə oyununda "Basel"ə məğlubiyyətdən son anda xilas olub.
"Neftçi"ni Çempionlar Liqasında mübarizədən kənarlaşdırmış "Dinamo" səfərdə meydana çıxıb. İlk turda "Real"a minimal hesabla yenilən Zaqreb təmsilçisi bu dəfə Lionda "Olympique"ə boyun əyib. "Santyaqo Bernabeu"da "Ajax"ı qəbul edən Madrid klubu darmadağına imza atıb. Bu oyun Türkiyə yığmasının üzvü Hamit Altintop üçün də əlamətdar olub. "Real"a bu yay keçən futbolçu zədə səbəbindən yeni komandasında debüt edə bilməmişdi. Artıq zədəsini sağaldan Hamit "Kral Klubu"nda ilk oyununa çıxıb. O, 84-cü dəqiqədə Mesut Özili əvəzləyib.
Son oyun günündə "Barcelona" səfərdə BATE-yə divan tutub və beş cavabsız qolla qələbə qazanıb. Qrupun digər oyununda "Milan" "Viktoria" üzərində qələbəyə sevinib.
Günün ən maraqla gözlənilən oyunlarından olan "Valencia" - "Chelsea" görüşündə isə qalibi müəyyənləşdirmək mümkün olmayıb. "Bayer" isə "Genk"i iki cavabsız qolla yola salıb.
G qrupunda "Zenit" evdə qəbul etdiyi "Porto"nu məğlub yola salıb. "Şaxtyor" isə APOEL-ə yenilgidən yaxa qurtarmasına sevinib.
F qrupuna gəlincə, "Arsenal" evdə "Olimpiakos"un sensasiyaya imza atmasına imkan verməyib. Marsel "Olympique"i isə evdə Almaniya çempionu "Borussia"nı darmadağın edib.
Çempionlar Liqası
27 sentyabr
A qrupu
Bayern (Almaniya) - Manchester City (İngiltərə) - 2:0 (2:0)
Qollar: Qomes, 38; 45.
Napoli (İtaliya) – Villarreal (İspaniya) - 2:0 (2:0)
Qollar: Hamşik, 15, Kavani, 17-pen.
|
1
|
4-0
|
4
|
6
|
|||||
|
2
|
3-1
|
2
|
4
|
|||||
|
3
|
1-3
|
-2
|
1
|
|||||
|
4
|
0-4
|
-4
|
0
|
B qrupu
CSKA (Moskva, Rusiya) - Inter (İtaliya) - 2:3 (1:2)
Qollar: Dzaqoyev, 45+3, Vaqner Lav, 77 - Lusio, 6, Patsini, 23, Sarate, 78.
Trabzonspor (Türkiyə) – Lille (Fransa) - 1:1 (0:1)
Qollar: Kolman, 75-pen - Sou, 31.
|
1
|
2-1
|
1
|
4
|
|||||
|
2
|
3-3
|
0
|
3
|
|||||
|
3
|
3-3
|
0
|
2
|
|||||
|
4
|
4-5
|
-1
|
1
|
C qrupu
Manchester United (İngiltərə) – Basel (İsveçrə) - 3:3 (2:0)
Qollar: Uelbek, 16; 18, Yanq, 90 - F.Frey, 58, A.Frey, 60; 75-pen.
Otelul (Rumıniya) – Benfica (Portuqaliya) - 0:1 (0:1)
Qol: Bruno, 41.
|
1
|
5-4
|
1
|
4
|
|||||
|
1
|
2-1
|
1
|
4
|
|||||
|
3
|
4-4
|
0
|
2
|
|||||
|
4
|
1-3
|
-2
|
0
|
D qrupu
Olympique (Lion, Fransa) - Dinamo (Zaqreb, Xorvatiya) - 2:0 (2:0)
Qollar: Qomis, 23, Kone, 42.
Real (İspaniya) - Ajax (Hollandiya) - 3:0 (2:0)
Qollar: Ronaldo, 26, Kaka, 41, Benzema, 50.
28 sentyabr
E qrupu
Bayer (Almaniya) – Genk (Belçika) - 2:0 (1:0)
Qollar: Bender, 29, Ballak, 90+2.
Valencia (İspaniya) – Chelsea (İngiltərə) - 1:1 (0:0)
Qollar: Soldado, 87-pen - Lampard, 57.
|
1
|
3-1
|
2
|
4
|
|||||
|
2
|
2-2
|
0
|
3
|
|||||
|
3
|
1-1
|
0
|
2
|
|||||
|
4
|
0-2
|
-2
|
1
|
F qrupu
Arsenal (İngiltərə) - Olimpiakos (Yunanıstan) - 2:1 (2:1)
Qollar: Çemberleyn, 8, Andre Santos, 20 - Fuster, 26.
Olympique (Marsel, Fransa) - Borussia (Dortmund, Almaniya) - 3:0 (1:0)
Qollar: Ayeu, 21; 69-pen, Remi, 62.
|
1
|
4-0
|
4
|
6
|
|||||
|
2
|
3-2
|
1
|
4
|
|||||
|
3
|
1-4
|
-3
|
1
|
|||||
|
4
|
1-3
|
-2
|
0
|
G qrupu
Zenit (Rusiya) – Porto (Portuqaliya) - 3:1
Qollar: Şirokov, 20; 63, Danni, 72 - Rodriqes, 10.
Şaxtyor (Ukrayna) - APOEL (Kipr) - 1:1 (0:0)
Qollar: Jadson, 64 - Trixovski, 61.
H qrupu
Milan (İtaliya) - Viktoria (Çexiya) - 2:0 (0:0)
Qollar: İbrahimoviç, 54-pen, Kassano, 67.
BATE (Belarus) – Barcelona (İspaniya) - 0:5 (0:3)
Qollar: Volodko, 19-öz qapısına, Pedro, 22, Messi, 38; 55, Vilya, 90.
|
1
|
4-2
|
2
|
4
|
|||||
|
2
|
7-2
|
5
|
4
|
|||||
|
3
|
1-6
|
-5
|
1
|
|||||
|
4
|
1-3
|
-2
|
1
|
