26 sentyabr 2011 11:18
Millimizin Belçika və Norveçlə oyunlar üçün heyəti açıqlandı
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da Norveç, oktyabrın 10-da isə Belçika komandası ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Bernard Lippert komandamızın düşərgəsinə 21 futbolçu dəvət edib.
Onların arasında 17 oyunçu yerli klublarda çıxış edənlərdi. Qalanları isə Rusiya, Türkiyə və Almaniya klublarında top qovan legionerlərimizdi.
Norveç və Belçika ilə oyunlara dəvət alan futbolçuların tam siyahısı isə belədi:
Umarov Osman – «Qarabağ»
Quliyev Tərlan – «Neftçi»
Qarayev Qara – «Qarabağ»
Məmmədov Novruz – «Bakı»
Seyidov Mirhüseyn – «Neftçi»
Quliyev Eşqin – «Sumqayıt Şəhər»
Mustafayev Emin – «Sumqayıt Şəhər»
İsgəndərov Tural – «Qarabağ»
İmamverdiyev Cavid – «Neftçi»
Məhərrəmov Anar – «İnter»
Nurəhmədov Kamil – «Sumqayıt Şəhər»
Qurbanov Ruslan – «Sumqayıt Şəhər»
Ağayev Səlahət – «İnter»
Abdullayev Araz – «Neftçi»
Quluzadə Amit – «Erciyyespor» (Türkiyə)
Zaytsev Mixail – «Anji» (Rusiya)
Hüseynov Bədavi – «Sumqayıt Şəhər»
Mirili Asif – «İnter»
Abbasov Rüstəm – «İnter»
Özkara Cihan – «Sivasspor» (Türkiyə)
Gökdemir Əli – «Hannover 96» (Almaniya)
