26 sentyabr 2011 12:42
İsayev üçün altı oyunda 3 düzgün proqnoz
Futbol üzrə yığma komandamızın sabiq oyunçusu Mirbağır İsayev Premyer Liqamızın 7-ci turunun oyunları ilə bağlı verdiyi proqnozlardan yalnız üçündə yanılıb. Azerisport.az xəbər verir ki, o, 3 görüşün nəticəsini öncədən düzgün proqnozlaşdırsa da, qalanlarının nəticəsini düzgün müəyyənləşdirə bilməyib.
İsayev “Xəzər Lənkəran”ın “Qəbələ”ni, “Qarabağ”ın AZAL-ı yenəcəyini, həmçinin “Neftçi” – “Bakı” matçında heç-heçə olmayacağını öncədən də demişdi. Lakin “Turan”ın “Rəvan”, “Sumqayıt Şəhər”in “Simurq” üzərində qələbə qazanacağını düşünsə də, bu ümidləri doğrulmadı. O, həmçinin “İnter”in “Kəpəz”i məğlub edəcəyini proqnozlaşdırsa da, bu oyunda da heç-heçə qeydə alındı.
