27 sentyabr 2011 13:02
AFFA daha bir kluba texniki məğlubiyyət verdi
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında birinci divizionun, eləcə də futsal çempionatının da son turunda baş verən olaylara hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb.
Azərbaycan birinc divizionunun 3-cü turunun “Karvan” – “Tərəqqi” matçında “Karvan” və “Tərəqqi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub.
“Bakılı” – “Şəmkir” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Matçın 85-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Tural Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
16 sentyabr 2011-ci il futzal üzrə Azərbaycan çempionatının “Rəvan” – “Neftçi” İSM matçının 40-cı dəqiqəsində “Rəvan”ın futzalçısı Ağatahir Əzimov hakimləri təhqir etdiyinə görə barbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
5 sentyabr 2011-ci il futzal üzrə Azərbaycan birinci dəstəsinin “Baku Siti” – “Spartak” matçında “Spartak” klubu iştirak etmədiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.
