27 sentyabr 2011 01:22
Mirça Rednik XL-dan ayrı düşüb
Mirça Rednik "Xəzər Lənkəran"la birlikdə Lənkərana getməyib. Azerisport.az xəbər verir ki, komanda dünən Lənkərana yollansa da, rumın çalışdırıcı düşərgədə olmayıb.
"12-ci oyunçu"nun yaydığı xəbərə görə, Rednik hansısa tədbirə qatıldığından klub rəhbərliyinə məlumat verərək, komanda ilə birgə Lənkərana yollanmayıb. Onun bu gün düşərgədə olacağı və komandanı məşqə çıxaracağı deyilir.
Dünən baş tutan məşqə isə baş məşqçinin köməkçisi Mihay Teja rəhbərlik edib. Lakin güclü yağış "Xəzər Lənkəran"ın məşqinə mane olub və məşqçilər korpusu məşqi yalnız qaçışla yekunlaşdırıb.
