27 sentyabr 2011 13:43

Valeri Abramidze: Lənkəranlıların liderliyi bizi qorxutmur

“İnter”in müdafiəçisi Valeri Abramidze azerisport.az saytına müsahibəsində Premyer Liqanın son turunun “Kəpəz”lə oyunundan (0:0), eləcə də qarşıdan gələn “Xəzər Lənkəran”la qarşıdan gələn matçdan danışıb.

- “Kəpəz”i məğlub etmək istəyinizə çata bilmədiniz...
- “Kəpəz” güclü ortababdı. Bu mövsüm çox yaxşı oyun sərgiləyir. Hər oyuna azı 2 qol vururlar. İstənilən rəqibi yenə bilərlər. Hansı ki, bunu artıq sübut ediblər. Amma hər şeyə rəğmən, biz üç xal qazanmağı planlaşdırmışdıq. Amma sonda ikisini itirməli olduq.
 
- Amma digər tərəfdən “İnter”də oyun planında müəyyən problemlərin olduğu diqqət çəkir...
- Bu planda bizdə hər şey qaydasındadı. Çoxlu qol vəziyyətləri yaradırıq. Sadəcə, həmişəki kimi qol vəziyyətlərini reallaşdırmaqla bağlı problem var.
 
- Bu problemdən siz ötən mövsümdə də şikayətlənirdiniz. Ola bilər ki, sizdə yaxşı forvard çatışmazlığı var?
- Məsələ burasındadı ki, bizim hücumçularımız da keyfiyyətlidilər. Sadəcə, yəqin bəxtləri gətirmir. Top qapıya getmək istəmir.
 
- Növbəti turda sizi “Xəzər Lənkəran”la oyun gözləyir. Mümkündü ki, bu oyunda toplarınız rəqib qapısına getsin?
- Belə rəqibə qarşı oynamaq mənə çox maraqlıdı. Onlar yaxşı sürət yığıblar. İnamla liderliyi əllərində saxlamaqdadılar.
 
- “Kəpəz”lə oyunda olduğu kimi açıq futbola üstünlük verəcəksiz?
- Hamı bilir ki, biz “Şəfa”da öz futbolumuzu oynayırıq. Səfərdə müəyyən dəyişikliklər edə bilərik. Amma evdə istədiyimiz kimi oynayırıq. Lənkəranlıların liderliyi bizi qorxutmur. Qələbəyə oynayacağıq. XL ancaq “Rəvan”la oyunda iki xal itirib. Bu isə o deməkdi ki, lider elə də sabit oyun sərgiləmir. Deməli, biz də çox şeyə nail ola bilərik.
 
- Hər halda XL özünü hazırda komfortda hiss etdiyi halda, sizdə bir qədər əksinədi...
- Demək olar ki, plana uyğun şəkildə davam edirik. Qarşıdakı oyunlarda uğurlarımızın artmasını istəyirik. Xüsusilə də “Xəzər Lənkəran” kimi rəqiblərlə oyunlarda.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.