27 sentyabr 2011 14:16
Avstriyanın Bakıya gələcək heyəti açıqlandı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də millimizin qonağı olacaq Avstriya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, Avstriya millisinin sabiq baş məşqçisi Didi Konstantinini əvəzləyən komandanın idman direktoru Villi Ruttenşteyner qarşıdakı Qazaxıstan və Azərbaycanla oyunlar üçün 23 futbolçuya dəvət göndərib.
Daha 9 futbolçu isə ehtiyat qüvvə kimi nəzərdə tutulub. Yəni əsas heyətdən hansısa futbolçu zədəli olacağı halda, onları ehtiyat oyunçularla əvəz edəcəklər.
Bütövlükdə, millimizə qarşı oynamaq şansı olan futbolçular bunlardı:
Qapıçılar: Robert Almer (Fortuna), Paskal Qrünvald (Austria), Yörg Syebenhandl (Wiener Neustadt);
Müdafiəçilər: Ekrem Dağ (Beşkitaş), Aleksandar Draqoviç (Basel), Khristian Fuxs (Schalke), Florian Kleyn (Austria), Manuel Ortlexner (Austria), Emanuel Poqatets (Hannover), Sebastyan Prödl (Werder), Frans Şyemer (Salzburg);
Yarımmüdafiəçilər: David Alaba (Bayern), Yulian Baumqartlinger (Mainz), Martin Harnik (Stuttgart), Andreas İvanşiç (Mainz), Yakob Yantşer (Salzburg), Zlatko Yunusovic (Austria), Paul Şarner (West Bromwich), Kristofer Trimmel (Rapid);
Hücumçular: Marko Arnautoviç (Werder), Filipp Hosiner (Admira), Mark Yanko (Twente), Stefan Mayerhofer (Salzburg).
Ehtiyat oyunçular: Heynts Lindner (Austria), Kristofer Dibon (Admira), Ervin Hoffer (Eintracht), Veli Kavlak (Beşiktaş), Stefan Kulovits (Rapid), Roland Lins (Austria), Daniel Royer (Hannover), Markus Suttner (Austria), Manuel Veber (Sturm Graz).
