27 sentyabr 2011 15:31
Ramaldanov bütün azarkeşləri Neftçi ilə oyuna çağırdı
“Simurq”un kapitanı Rasim Ramaldanov Premyer Liqanın 8-ci turunun "Neftçi" ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azersport.az xəbər verir ki, o, Zaqatala klubunun rəsmi saytına açıqlamasında bu oyuna ciddi hazırlaşdıqlarını bildirib:
"Baxmayaraq ki, dünən məşqçilər korpusu rəsmi istirahət günü elan etmişdilər, biz məşqlərimizdən qalmadıq. Bütün komanda ilə qərara gəldik ki, ən azından yüngül məşqlər edək. "Neftçi" bundan əvvəlki rəqiblərə baxanda daha güclüdü. Məhz buna görə, məşqlər də fərqlidi. Biz bu oyuna tam ciddi hazırlaşırıq. Qələbə əzmi ilə meydana çıxacayıq".
Kapitan azarkeşləri də stadiona dəvət edib: “Çox minnətdaram ki, onlar hər oyun gəlib, bizi dəstəkləyirlər. Bu bizim üçün çox əhəmiyyətlidi. Odu ki, bütün azarkeşlərimizi "Simurq" - "Neftçi" oyununa dəvət edirəm".
