27 sentyabr 2011 15:24

Samir Zərgərov: Əsas məqsədimiz XL üzərində qələbə qazanmaqdı

"İnter"in yarımmüdafiəçisi Samir Zərgərov "Kəpəz"ə qarşı keçirilən oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, növbəti rəqib "Xəzər-Lənkəran" haqqında da ətraflı danışıb.
 
- Ötən turda komandanız "Кəpəz"lə görüşdü. Keçirilən oyun barədə sənin fikirini öyrənmək istərdik...
- "Kəpəz"lə oyun çox maraqlı oldu. Hər iki komanda kifayət qədər qol şansı əldə etdi, lakin bu vəziyyətləri dəyərləndirə bilmədi. Biz fərqlənmək üçün daha çox fürsət yaratdıq, amma şansızlıq hesabı açmaqa imkan vermədi.
 
- "İnter"dən əvvəl sən məhz Gəncə klubunun şərəfini qoruyurdun. Keçmiş komandaya qarşı oynamaq sənin üçün necə alındı?
- Bu, mənim üçün adi oyun idi. Hər görüşdə olduğu kimi, qələbə qazanmaq istəyirdim, təəssüf ki, alınmadı.
 
- Qarşıda komandanı "Xəzər Lənkəran"la çətin oyun gözləyir. Baş tutacaq bu görüş haqqında nə deyə bilərdin?
- İndidən deyə bilərəm ki, oyun çox maraqlı olacaq. Hansısa proqnoz vermək istəmirəm. Bütün sualların cavabını keçiriləcək oyun verəcək.
 
- Sənin fikirincə, "İnter" nəyin hesabına "Xəzər Lənkəran"ı üstələyə bilər?
- "İnter"in potensialı hər rəqibi üstələməyə imkan verir. Fikirimcə, onları taktiki hazırlıqda da üstələyə bilərik.
 
- Rəqibin birinci pillədə getməsi "İnter"i qorxutmur ki?
- Yox, bu, bizi qorxutmur. Çempionatın indiki mərhələsində İstənilən komanda birinci yerdə gedə bilər. Meydana çıxanda bizi rəgibin turnir cədvəlindəki yeri maraqlandırmır. Əsas məqsədimiz qələbə qazanmaqdı.
 
- Bu mövsüm "Xəzər-Lənkəran"ın oyunlarını izləmisən? Bu komanda haqqında hansı fikirdəsən?
- Bir neçə oyunlarını izləmişəm. Deyə bilərəm, ki onlar pis təsir bağışlamırlar. Bilirəm ki, bu klub hələ də çempionatda məğlub olmayıb, amma ilk məğlubiyyət acısını bizimlə keçirəcəkləri görüşdə yaşayacaqlarına ümid edirəm.
 
- "İnter"in heyətində sən artıq üç görüşdə meydana çıxmısan. Hətta debüt oyunda fərqlənməyi da bacarmısan. Keçirilən görüşlərdə öz oyunundan razı qaldın?
- Sevindirici haldır ki, elə "Sumqayıt Şəhər" klubuna qarşı keçirilən debüt oyunumda qol vurdum və komandamız qələbə qazandı. Qeyd etmək istərdim ki, mən təzəlikcə zədədən sağalmışam və hələ də optimal formada  deyiləm. Ümid edirəm ki, gələcəkdə daha yaxşı oyun göstərib komandama daha böyük fayda verə biləcəyəm. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.