27 sentyabr 2011 16:14
Simurq yeni transferinin xidmətindən yararlana bilmir
"Bakı" - "Simurq" oyununa hazırlaşarkən zədələnən “Simurq”un futbolçusu Daniel Genov artıq məşqlərə başlayıb. Azerisport.az xəbər verir ki, müalicəsini Bakıda davam etdirən Bolqarıstanın 21 yaşlılardan ibarət yığmasının keçmiş üzvü hazırkı durumunu belə dəyərləndirib:
"Artıq yüngül qaçış məşqlərinə başlamışam. Bundan əlavə trenajor zalına da gedirəm. Oktyabr ayının 5-də Bakıda müalicəmi bitirib, Zaqatalaya qayıdacağam. Üç gündən sonra isə komanda ilə birgə məşqləri bərpa edəcəm".

Xatırladak ki, Genov "Simurq"a icarə əsasında "İnter"dən gəlib. O, yeni komandasının heyətində son dəfə AZAL ilə ev oyununda meydana çıxıb.