27 sentyabr 2011 16:08

“Belə davam etsək, qarşısıalınmaz olacağıq”

“Qarabağ” AZAL-la qarşılaşmaya bir sıra itkilərlə çıxmışdı. Azerisport.az xəbər verir ki, xüsusilə, son zamanlar əla formada olan Raufun sıradan çıxması hücum xəttində problem yaratmışdı.
 
“Təyyarəçilər”lə görüşdə əslində Ağdam təmsilçisi demək olar ki, 4-6-0 sxemində meydana çıxsa da, hücumun mərkəzinə daha yaxın oynayan yeni transfer Leanardo Roşa idi. Bu 26 yaşlı braziliyalının eyni zamanda “Qarabağ”ın start “11-liy”ində ilk oyunu idi. Meydanda olduğu müddətdə dayanmayan, müdafiəçiləri təzyiqdə saxlayan Leo son dəqiqədə əvəzlənsə də, oyunu ilə rəğbət qazandı.
 
Roşa klubun saytına verdiyi açıqlamada AZAL-la oyunu dəyərləndirib: “İlk növbədə bizim üçün 3 xal vacib idi. Son oyunlarda xal itirdiyimizə görə qələbə qazanmaq istəyirdik. Oyunun startında qol buraxsaq da, tədricən toparlandıq və 3 qol vura bildik. Daha da çox vura bilərdik. Əsas odu ki, 3 xalı qazandıq. Bu oyun bizə psixoloji cəhətdən faydalı oldu”.
 
Leo həmçinin “Qarabağ”da çıxış edən ilk braziliyalı kimi də tarixə düşüb: “Bundan xəbərim yox idi. Belə baxanda bu mənə təəccüblü gəldi. Çünki, braziliyalılar demək olar ki, dünyanın hər yerində futbol oynayırlar. Əslinə bu fakt məndə əlavə məsuliyyət yaradır. Çalışacam ki, öz oyunumla inamı doğruldum”.
 
Braziliyalı öz oyunu haqqında isə bunları dilə gətirib: “Deməzdim ki, hələ tam hazıram. Hələ zamana ehtiyacım var. Oynadıqca daha da “artıracam”. Komandada əla atmosfer var.  Bu mənə özümü rahat hiss etməyə imkan verir. Hücumda oynamağıma gəlincə, cəmi 1 dəfə “İnter”də olanda hücumçu kimi oynamışam. Baş məşqçi indi belə oynamağı məsləhət gördü. Çalışdım ki, ən yaxşısını edim. Hücumçu kimi 2-3 dəfə fərqlənməyə imkanım oldu. Amma komanda çox yaxşı oynadı. Topla tez hərəkət edərək rəqibi topsuz qoyduq. Belə davam etsək, qarşısıalınmaz olacağıq”.

Roşa “Qarabağ”ın tezliklə zirvəyə yüksələcəyinə inanır: “Bilirəm ki, “Qarabağ”ın yüksək hədəfləri var. Çox mehriban kollektivimiz var. Hamı futbolu düşünür. Biz oynadıqca məğlub etməyəcəyimiz komanda yoxdu. Azarkeşlərimiz bizi dəstəklədikcə biz özümüzə daha da inam gələcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.