27 sentyabr 2011 16:23
Lokomotiv Qəbələyə görə transferini rəsmiləşdirə bilmir
Bolqarıstanın “Lokomotiv” klubu “Qəbələ”nin sabiq forvardı Con Kollinzin transferini rəsmiləşdirə bilmir. Azerisport.az xəbər verir ki, bu barədə məlumatı bolqar jurnalistlər yayıblar.
Onların yazdığına görə, buna hələ də Kollinzin rəsmi müqaviləyə əsasən Azərbaycan klubuna məxsus olmasıdı. Britaniyalı futbolçu məhz “Qəbələ” ilə yollarını tam ayırmadığından, indi onun “Lokomotiv”in heyətində çıxış etməsinə icazə verilmir.
Qeyd edək ki, “Lokomotiv” Kollinzin özü ilə bütün məsələlərdə razılığa gəlib. Lakin onun “Qəbələ” ilə sözügedən probleminin necə yoluna qoyulacağı bilinmir.
