27 sentyabr 2011 16:43
Neftçi Simurqla oyuna Dalğa Arenada hazırlaşır
"Neftçi" Premyer Liqanın 8-ci turunda keçiriləcək "Simurq"la oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, flaqman bu gün səhər saatlarında "Dalğa Arena" stadionunda məşq keçib.
Zədəlilər - Flavinyo və Rodriqinyodan başqa bütün futbolçular hazırlıq prosesində iştirak ediblər. Komanda üzvləri baş məşqçi Böyükağa Hacıyevin tapşırıqlarını həvəslə yerinə yetiriblər.
Qeyd edək ki, "Simurq" - "Neftçi" oyunu sentyabrın 30-da keçiriləcək.
