27 sentyabr 2011 17:00

Saşa Yunisoğlu: Avstriyanı məğlub edə bilərik

“Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlu azerisport.az saytına müsahibəsində komandasının cari mövsümkü çıxışından, eləcə də yığmamızdan danışıb.
 
- Son turun “Xəzər Lənkəran”la oyununda sizə nə çatmadı?
- Lənkərana 3 xal dalınca getmişdik.Bu rəqibi yenəcəyimiz halda turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdırmaq imkanı qazanacaqdıq. Amma istəyimizə nail ola bilmədik. Hesab heç də oyuna görə olmadı. Yaratdığımız qol vəziyyətlərindən yararlana bilsəydik, daha çox şeyə nail ola bilərdik. Məğlubiyyəti qətiyyən haqq etmirdik.

- Yəqin ki, “Neftçi” və “Xəzər Lənkəran”la oyunlardan 0 xalla ayrılacağınızı planlaşdırmırdız?
- Biz altı xal itirdik və bunu başa düşürük. Problem isə sadəcə ondan ibarətdi ki, yaratdığımız qol vəziyyətlərindən yararlana bilmirik. Elə təkcə mənim iki dəfə qol vurmaq şansım oldu. Biz artıq xal itirmək limitini doldurmuşuq. Bundan artıq xal itirmək olmaz.
 
- Bu iki məğlubiyyətdən sonra Toni Adams sizə nə dedi?
- O, bildirdi ki, qarşımızda duran hədəfi unutmamalıyıq. Amma bizə inandığını təkrarladı. Aydındı ki, baş məşqçi nəticədən narazıdı. İndi bütün diqqətlərimiz “Rəvan”la oyuna yönəlib.
 
- Bu komanda da hədiyyə deyil...
- Bu mövsüm dəqiq elədi. Bu komandanın son nəticələri bizi daha ehtiyatlı olmağa məcbur edir. Elə “Xəzər Lənkəran”la heç-heçəs hər şeyi deyir. “Bakı”ya qarşı da yaxşı mübarizə apardılar. Hər halda bu oyunda bizi hətta heç-heçə də qane edə bilər.
 
- Son iki yenilginin ardından ilk altılığa düşmək şanslarınız azalmayıb?
- Bu mövsüm qarşımıza mükafatçılar sırasına düşməyi məqsəd qoymuşuq. Bütün komanda buna köklənib. Deməli, mütləq ilk altılığa düşməliyik.
 
- Aleksandr Səmədovun Azərbaycan yığmasından imtina edib, Rusiya millisinə çağırılmasına münasibətiniz necədi?
- Səmədovun Rusiyada çıxış etməsi onun səviyyəsindən xəbər verir. O, komandamızı gücləndirə bilərdi. Amma əgər o, Rusiya yığmasını seçibsə, buna hörmət etməliyik. O, öz gələcəyini özü müəyyənləşdirir. Yaxşı futbolçudu. Rusiya yığmasında öz yerini tapacaq.
 
- Qarşıdan gələn Avstriya və Türkiyə ilə oyunlardan nə gözləyirsiz?
- Hər iki oyun çətin olacaq. Avstriya bura gəzinti üçün gəlmir. Amma onlar əvvəlki kimi güclü deyillər və qələbə qazana bilərik. Türkiyə isə Bakıdakı oyunun revanşına çalışacaq. Bütün çətinliklərə rəğmən, 3-4 xal toplaya bilərik. 6 xal xəyaldı, amma hərdən xəyallar da gerçək olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.