27 sentyabr 2011 17:47
İspaniya La Liqasının yeni mövsümündə ilk istefa
İspaniya La Liqasının cari mövsümündə ilk baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, 6 turdan sonra “Mallorca”nın baş məşqçisi Mixael Laudrup klubla yollarını ayırıb.
Danimarkalı mütəxəssisin bu addımı atmasına klub rəhbərliyi ilə arasında yaranan qalmaqal səbəb olub. Gənc çalışdırıcı klub rəsmilərinin onun işinə müdaxilə etməsini əsas gətirərək, istefa verib.
Qeyd edək ki, Laudrupdan əvvəl onun köməkçisi Erik Larsen vəzifəsindən uzaqlaşdırılmışdı. O, klubun transfer siyasətini tənqid etdiyi üçün rəhbərliyin qəzəbinə tuş gəlmişdi.
