27 sentyabr 2011 12:08
Tağızadə yığmamıza dəvət olundu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının oktyabrın 1-dən 10-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub. Azerisport.az xəbər verir ki, “Sumqayıt Şəhər”in üzvü Ruslan Tağızadə də U-21-in hazırlıq prosesində iştirak edəcək.
Qeyd edək ki, yığmamız AÇ-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da Norveç, oktyabrın 10-da isə Belçika komandası ilə qarşılaşacaq. Hər iki oyun “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.
