27 sentyabr 2011 00:24
Xəzər Lənkəran İnterlə oyuna Lənkəranda hazırlaşır
Premyer Liqanın 7-ci turunun "Qəbələ" matçından sonra istirahətə buraxılan "Xəzər Lənkəran" yenidən toplaşıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri ötən gün Bakıda toplaşıb və günortadan sonra Lənkərana yola düşüb.
"Xəzər Lənkəran"ın avtobusu saat 17:30-da Lənkəran şəhər stadionuna çatıb. Yol yorğunluğu səbəbindən məşqçilər korpusu futbolçulara bir saatlıq istirahət verib və saat 18:30-da "Fırtınalar meydanı"nın yardımçı meydançasında axşam məşqi başlayıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" növbəti turda səfərdə "İnter"lə qarşılaşacaq.
