27 sentyabr 2011 12:22
Püşk Neftçini İnter, Bakını Qəbələylə üz-üzə qoydu (FOTOREPORTAJ)
Cari mövsümdən etibarən AFFA-nın tərəfindən daha bir yaş qrupu üzrə liqa təşkil olunub. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın Futbol akademiyasında U-16 Liqasının püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, U-16 Liqasının 1-ci turunda komandalar aşağıda göstərilmiş qaydada qarşılaşacaqlar:
AZAL – «Lokomotiv»
«Sumqayıt Şəhər» – «Təhsil»
«Vətən» – «MKT-Araz»
«Rəvan» – «Qarabağ»
«Neftçi» – «İnter»
«Bakı» – «Qəbələ»
«Xəzər Lənkəran» – «Turan»
