27 sentyabr 2011 12:31
Bakının forvardı Braziliya ilə oyuna çağırıldı
Kosta-Rika milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, oktyabrın 7-də Braziliya ilə yoldaşlıq oyunu keçirəcək mərkəzi amerikalılar bu matça 22 futbolçu çağırıb.
“Bakı” klubunun üzvü Uinston Parks da məşhur Julio Sezara qol vurmaq üçün dəvət olunan 4 hücumçu sırasındadı. O, pentakampeonları məyus etməyə çalışmalıdı.
Qeyd edək ki, uzun fasilədən sonra ötən ay milliyə çağırılan Parks ABŞ-la (1:0) görüşdə ehtiyatda qalıb, Ekvadorla (0:4) matçda darmadağının səbəbkarlarından olmuşdu.
