27 sentyabr 2011 01:04
Bakının futbolçuları Hollandiya yığmasına qarşı
Futbol üzrə Moldova yığmasının baş məşqçisi Qabi Balint AÇ-2012-nin seçmə mərhələsinin qarşıdan gələn oyunları üçün heyəti müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, həmin heyətdə Azərbaycan Premyer Liqasında çıxış edən iki futbolçu da var.
Bunlar “Bakı”nın müdafiəçiləri Vadim Boret və Aleksey Savinovdu. Moldova millisini qarşıda Hollandiya və San-Marino yığmaları ilə seçmə oyunlar gözləyir. “Azərbaycanlı” futbolçuların da sözügedən görüşlərdə iştirakı istisna olunmur.
