27 sentyabr 2011 12:42
AFFA Qarabağın məşqçisini və Adamiyanı cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
Premyer Liqanın 7-ci turunun “Neftçi”– “Bakı” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL – “Qarabağ” matçının 82-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Georgi Adamiya idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 80-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Çudomir Çakarov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
