28 sentyabr 2011 13:25

Georgiyevski: Onlar ötən illə müqayisədə daha güclüdülər

“Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski azerisport.az saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib.
 
- “Neftçi” mövsümə heç də istədiyi kimi başlaya bilmədi...
- Belə hallar olur. Ötən ilki çempionlardan yalnız “Barcelona” sabit oyun sərgiləyir. Baxın görün Dortmund “Borussia”sı, İtaliya “Milan”ı turnir cədvəlində neçənci yerdədi? Çempion olmaq asandı. Amma onu qorumaq xeyli çətindi. Biz bu il göstərməliyik ki, ötən mövsüm heç də təsadüfi deyildi.
 
- Turnir cədvəlinə baxmısız?
- Bəli. Amma mən deməzdim ki, “Neftçi” ilə “Xəzər Lənkəran” arasında elə də böyük fərq var. Əgər “Qarabağ”la təxirə salınmış oyunda qələbə qazansaq, fərq cəmi 4 xala enəcək. Lənkəranlılarla da Bakıda oyunumuz var. Ümumiyyətlə, mən turnir cədvəlindən danışmağı hələ çox tez hesab edirəm. Baxmayaraq ki, “Xəzər Lənkəran” mövsümə daha yaxşı başlayıb və pis oyun sərgiləmir.
 
- Son iki turda Ruslan Abışov özünü yaxşı tərəfdən göstərməyi bacardı. Hansı ki, o, Lənkəranda avtoqola imza atmışdı...
- O, ötən mövsüm “Qarabağ”a əla qol vurmuşdu. Həmin vaxt ona heç kim heç nə deməmişdi. Bəs niyə Lənkərandakı oyundan sonra deməlidilər ki? Futbolda hər şey mümkündü. Ruslan yaxşı futbolçudu. Əlbəttə, biz hamımız bir-birimizi dəstəkləyirik. Abışovun da öz xarakteri var və sadəcə bunu göstərdi.
 
- “Simurq”la oyuna necə hazırlaşırsız?
- Həmişəki kimi. Flavinyodan başqa hamı sıradadı. Emil Mpenza da məşq edir. Əgər baş məşqçi istəsə, o da “Simurq”la oyunda meydana çıxa biləcək. Mən Zaqatala klubunun oyununu görməmişəm. Amma deyirlər Sergey Yuran yaxşı komanda qurub. O, yaxşı futbolçu olub. Yəqin ki, həm də yaxşı məşqçi olacaq.

- Flavinyonun yoxluğu komandanızın oyununa təsir göstərməyəcək?
- Əgər komanda çempionluğa oynayırsa, istənilən futbolçunun itkisi bizim üçün xoşagəlməz haldı. İstənilən oyunçumuzun komanda üçün böyük əhəmiyyəti var.
 
- “Simurq” son turlarda məğlubiyyət tanımır. Zaqatalada sensasiyadan qorxmursuz?
- Sensasiya müasir futbolda kifayət qədər çoxalıb. Bir şeyi bilirəm ki, “Simurq” ötən mövsümlə müqayisədə daha güclüdü. Bizə heç də asan olmayacaq. Amma heç bir sensasiyaya imkan vermək fikrimiz yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.