28 sentyabr 2011 13:34
Berti Foqts 8-ci turun hansı oyunlarını izləyəcək?
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts sabah Bakıya qayıdacaq. Azerisport.az xəbər verir ki, o, almaniyalı mütəxəssis qarşıdan gələn təlim-məşq toplanışı və seçmə mərhələ oyunları öncəsi Premyer Liqanın 8-ci turunun oyunların izləməyi də planlaşdırır.
Bunun üçün o, böyük ehtimalla “Qarabağ” – “Turan” və “İnter” – “Xəzər Lənkəran” görüşlərini seçəcək. İlk oyun 18:00-da, digəri 19:00-da başlayacağından, güman ki, almaniyalı mütəxəssis “Şəfa”dakı qarşılaşmanın ikinci yarısına baxacaq.
Sonda onu da qeyd edək ki, yığmamızı qarşıda AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Avstriya (7 oktyabr) və Türkiyə ilə (11 oktyabr) oyunlar gözləyir. Bu rəsmi oyunlar öncəsi Foqts milli üzvlərini təlim-məşq toplanışına da yığacaq.
