28 sentyabr 2011 14:43
Bir oyunun keçirilmə yeri dəyişdirildi
Futbol üzrə Azərbaycan birinci divizionunun 4-cü turunun proqramında bir dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, "Qaradağ Lökbatan" - "Bakılı" oyununun keçirilmə yeri dəyişdirilib.
Belə ki, qarşılaşma oktyabrın 1-də Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək və saat 16:00-da başlayacaq. Xatırladaq ki, Peşəkar Futbol Liqası öncədən bu görüşün Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcəyini açıqlamışdı.
Birinci divizion
4-cü tur
1 oktyabr (şənbə)
Qaradağ Lökbatan - Bakılı
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 16:00
