28 sentyabr 2011 15:12
Elvin Əliyev: AFFA-nın bu münaqişəni müzakirə etməməsi üzücüdü
“Bakı”nın müdafiəçisi Elvin Əliyev Premyer Liqanın 7-ci turunun “Neftçi” ilə oyunundan sonra döyülməsinə AFFA İntizam Komitəsinin son iclasında baxılmamasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən bilmirəm, belə hallarda nə etmək lazımdı. Əlbəttə, “Neftçi”ni cəzalandırmaq olardı. İstənilən halda zərərçəkən futbolçudu. Amma bir halda ki, onlar bu məsələyə baxmaq istəmirlər, bu, onların öz işləridi. Buna qarışa bilmərəm. Sadəcə, üzücüdü ki, heç olmasa bu münaqişəni müzakirəyə belə çıxarmadılar”.