28 sentyabr 2011 15:51
Neftçinin oyununa giriş pulsuz oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turunda "Neftçi" ilə qarşılaşacaq "Simurq" klubunun rəhbərliyi azarkeşləri stadiona dəvət edib. Azerisport.az klubun rəsmi saytında yer alan məlumata istinadən xəbər verir ki, "Simurq" - "Neftçi" oyununa giriş pulsuz olacaq.
Xatırladaq ki, "Simurq" - "Neftçi" oyunu sentyabr ayının 30-u keçiriləcək. Oyunun başlama vaxtı 19:00-dı.
