28 sentyabr 2011 16:09

Bernard Raab: Klublar böyük uğurlara nail olmaq istəyirlərsə...

“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab azerisport.az saytına müsahibəsində komandasının çıxışından, çempionatımızdan və hədəflərindən danışıb.
 
- 7 tura cəmi 2 xal qazana bilmisiz. Buna sevinirsiz, yoxsa məyusedicidi?
- İlk xallarımızı qazanmağımız çox yaxşı oldu. Amma daha da artıq xal yığa bilərdik. Məsələn, “İnter”lə oyunda buna çox yaxın idik. Həmin matçda uduzmamalı idik. Sadəcə, bəxtimiz gətirmədi. 0:2 hesablı məğlubiyyətə çox üzüldük. “Rəvan”la oyunda (0:0) xal qazansaq da, çıxışımızdan razı qalmadım. Amma “Qarabağ”dan xal aldığımız qarşılaşma məni çoc sevindirdi. Uşaqların çıxışından razı qaldım.
 
- Qarşıda sizi “Kəpəz”lə oyu gözləyir...
- Çox yaxşı komandadı. Etiraf edim ki, onların futbolçuları fərdi olaraq mənim yetirmələrimdən güclüdü. Bir şeyi bilirəm ki, çox çətin oyun olacaq. Amma futbol elə oyundu ki, onun necə nəticələnəcəyini öncədən dəqiq deyə bilmirsən. Hər şey mümkündü.
 
- Qarşınıza hansı məqsəd qoyulub?
- Heyətimizdə təcrübəli futbolçular da olmasına baxmayaraq, əsas gənclərdən qurulmuş komandayıq Komandamız da gəncdi. Heyətimizdə elə perspektivli gənclər var ki, gələcəkdə onlardan çox şey gözləməyə dəyər. Məsələn, Aleksandr Qross, Ruslan Qurbanov, Ruslan Tağızadə, Orxan Həsənov, Orxan Əliyev kimi oyunçuları xüsusi qeyd edərdim.
 
- Bəziləri hesab edirlər ki, gənc futbolçuları çalışdırmaq daha asandı, nəinki təcrübəliləri. Siz, bununla razısız?
- (gülür) Əlbəttə, maraqlı sualdı. Gənc futbolçular yenicə təcrübə toplamağa başlayırlar. Çox şey futbolçuların xarakterindən asılıdı. Burda onların yaşının neçə olmasının qəti fərqi yoxdu. Məsələn, bizdə Aslan Kərimov, Mahmud Qurbanov kimi təcrübəli futbolçular çıxış edirlər. Onlar məşqlərdə gənclərə çox böyük dəstək olurlar. Bu da çox yaxşı haldı.
 
- Yetirmələrinizin yığmalardakı çıxışlarını izləmisiz?
- Bəli, əvvəllər yetirmələrimin Azərbaycanın U-17, U-19 və U-21 yığmalarındakı çıxışlarını izləmişəm. Bu işdə mənə Təbriz Həsənovun da çox böyük köməyi dəydi. Axı o, mənim köməkçim olmaqla yanaşı, həm də U-17-nin baş məşqçisidi. Bu üzdən də futbolçularımızın çoxunu yaxşı tanıyır.
 
- Azərbaycan çempionatını necə qiymətləndirərdiniz?
- Maraqlı çempionatdı. “Xəzər Lənkəran”, “Qarabağ”, “Qəbələ” kimi güclü klublar var. Heç bir komandanı zəif hesab etmək də olmaz. Heç biriylə oyun asan deyil. Amma biz hələ onlardan geri qalırıq ki, zamanla rəqabəti artıracağımıza əminəm. Biz hazırda daha çox fərdi oyuna üstünlük veririk, nəinki komanda oyununa. Zamanla oyunumuz da yaxşılaşacaq. Bizim hədəflərimiz gələcəyə hesablanıb. Biz istəyirik ki, bu uşaqların daha da artırmasına nail olaq ki, gələcəkdə Azərbaycan yığmasına, futboluna fayda gətirsinlər.
 
- Artıq iki aydı Azərbaycanda çalışırsız. Sizcə, futbolumuzun əsas çatışmazlıqları nədən ibarətdi?
- Fikrimcə, burda ilk növbədə klubların infrastrukturu o qədər də yaxşı deyil. Əlbəttə, mən hara işləməyə getdiyimi öncədən də bilirdim. Amma məsələn, Almaniyada, İspaniyada, İtaliyada ilk növbədə belə amillətə diqqət yetirirlər. Futbolçu keyfiyyətli meydançada oynamalıdı. Azərbaycanda isə az qala bütün stadionlarda qazonla bağlı problemlərin olduğunu görürəm. Düzdü, “Dalğa Arena” kimi stadionlar da tikilir. Futbolun inkişafı infrastrukturdan və uşaq futbol məktəblərindən çox asılıdı. Əgər klublar gələcəkdə böyük uğurlara nail olmaq istəyirlərsə, ilk növbədə buna nail olmalıdılar. Transferlərə xərclənilən pulları infrastruktura yönəltmək lazımdı. Uşaqlar yaxşı meydançalarda məşq etməli, oynamalıdılar. 5, 7, bəlkə də 10 ildən sonra onlar bu işin çox böyük faydasını görəcəklər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.