28 sentyabr 2011 17:29
Vaqif Cavadovun klubuna transfer qadağası
Rusiya Futbol Federasiyasının Mübahisəli Məsələlərin Həlli üzrə Palatasının növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, Palata milli komandamızın hücumçusu Vaqif Cavadovun da çıxış etiyi “Volqa” klubuna yeni oyunçu almağa qadağa qoyub.
Buna Nijni-Novqorod təmsilçisinin Sergey Yaşin adlı futbolçuya olan borcunu qaytarmaması səbəb olub. Qeyd edək ki, bu oyunçu Vaqifdən öncə - 2010-cu ildə Nijni Novqorod klubuna gəlib və elə həmin ildə də komandadan ayrılıb.
Sözügedən futbolçunun borcu ödənilənə qədər “Volqa” yeni oyunçuları qeydiyyatdan keçirə bilməyəcək.
