28 sentyabr 2011 18:04
“Oyunlar Bakıda keçirildiyinə görə azarkeşlərimizi sevindirmək istəyirik”
Sentyabrın 30-da Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri AFFA-nın saytına fikirlərini bildiriblər. Azerisport.az xəbər verir ki, komandamızın üzvü Əminə Heydərova bunları dilə gətirib:
“U-17 yığma komandası təxminən 1 il əvvəl yaradılıb. Bu müddət ərzində çox gərgin məşqlər keçirdik. İndi isə ilk rəsmi oyunumuza çıxacağıq. Oyunlar Bakıda keçirildiyinə görə yaxşı nəticə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Bunu bacaracağımıza inanıram”.
