28 sentyabr 2011 18:11
“Azərbaycan yığmasında oynamaqdan qürur duyuram”
Sentyabrın 30-da Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirəcək 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri AFFA-nın saytına fikirlərini bildiriblər. Azerisport.az xəbər verir ki, komandamızın üzvü Melis Sarıaltın bunları dilə gətirib:
“Azərbaycan yığmasında oynamaqdan qürur duyuram. Əvvəllər də atamla Bakıya gəlmişdik. Atam əslən Azərbaycandandı. Komandada ab-hava çox yaxşıdı. İnşallah, yaxşı nəticələr qazanarıq. Yığmanın heyətində olduğuma görə çox şadam”.
